Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib

Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib


Türk Dövlətləri Təşkilatının baş katibi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlardan ciddi narahatlığını ifadə edir, Azərbaycanın Qarabağ iqtisadi rayonunda dinc əhali və Azərbaycan əsgərlərinin ölümünə səbəb olan son terror aktlarını pisləyir.
Bu barədə TDT-nın yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində qanunsuz mövcudluğu, minaların yerləşdirilməsi, təbii sərvətlərin istifadəsi, silah-sursatın, hərbi texnikanın qaçaqmalçılığı və şəxsi heyətin qeyri-qanuni rotasiyasının həyata keçirilməsi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə ciddi zərbə vurur.

“Bu kontekstdə Baş katib Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirlərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşuna reinteqrasiyasını təmin edəcəyinə qəti əminliyini ifadə edir. Baş katib terrorla mübarizə tədbirlərinə təkan verən təxribat nəticəsində şəhid olan hərbçilərin ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir” – bəyanatda deyilir.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Geri dön