Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşüb

Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşüb


Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Bildirilib ki, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, tərəflər regiondakı vəziyyətə xüsusi diqqət yetiriblər.
“Nazirlər bir daha regionun davamlı və sabit inkişafı üçün sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar və bu prosesdə həm Gürcüstanın, həm də Türkiyənin xüsusi rolunu qeyd ediblər”, - məlumatda bildirilib.

Geri dön