Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın üç güləşçisi dünya çempionatının finalına yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanın üç güləşçisi dünya çempionatının finalına yüksəlib

Azərbaycanın üç güləşçisi dünya çempionatının finalına yüksəlib


Yunan-Roma güləş üzrə yığmamızın 3 üzvü dünya çempionatının finalına yüksəlib.

Sənan Süleymanov (77 kq) erməni rəqibi Malxaz Amoyanı məğlub edərək bu hüququ əldə edib.

Süleymanov görüşü 5:0 hesablı üstünlüklə bitirib. Bu qələbə həm də idmançımıza Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.

Qeyri-Olimpiya kateqoriyalarında Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) yarımfinal görüşlərini uğurla başa vurublar. Eldəniz iranlı Pouya Marzdandan, Rafiq isə türkiyəli Burhan Akbudakdan güclü olub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

Geri dön