Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Bank yenilənmiş 5 qəpiklik metal pul nişanını tədavülə buraxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Mərkəzi Bank yenilənmiş 5 qəpiklik metal pul nişanını tədavülə buraxıb

Mərkəzi Bank yenilənmiş 5 qəpiklik metal pul nişanını tədavülə buraxıb


Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları sentyabrın 25-dən etibarən tədavülə buraxılıb.

Mərkəzi Bankdan bildirilib ki, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Geri dön