Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkmənistan Prezidentinin Türkiyəyə səfəri gözlənilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkmənistan Prezidentinin Türkiyəyə səfəri gözlənilir

Türkmənistan Prezidentinin Türkiyəyə səfəri gözlənilir


Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Türkiyəyə səfəri gözlənilir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistan Prezidentinə ünvanladığı təbrik məktubunda qeyd olunub.
Berdiməhəmmədovu doğum günü münasibətilə təbrik edən Ərdoğan ikitərəfli formatda əməkdaşlığın dərinləşəcəyinə əminliyini ifadə edib:

“Sizi doğum gününüz münasibətilə Türkiyə xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, qardaş Türkiyə və Türkmənistan xalqlarının ortaq tarixi və mədəni köklərinə əsaslanan dostluq əlaqələri xalqlarımızın rifahı naminə daim möhkəmlənir.

Türkiyəyə planlaşdırdığınız səfər zamanı Sizi görməyə çox şad olaram”, – Ərdoğan yazıb.

Geri dön