Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Prezidenti: Biz Ermənistandan səmimi addımlar gözləyirik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə Prezidenti: Biz Ermənistandan səmimi addımlar gözləyirik

Türkiyə Prezidenti: Biz Ermənistandan səmimi addımlar gözləyirik


“Təəssüf ki, Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonrakı üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi haqlı narahatlıqlarına lazımi cavabı tapa bilmədi”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” sosial şəbəkəsində etdiyi paylaşımda deyilir.
Qeyd olunub ki, Azərbaycan öz suveren ərazisində antiterror tədbirləri keçirməli olub: “Qələbə qazanmış Azərbaycan ordusunu tarixi uğurlarına və dinc insanlara humanitar münasibətinə görə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız bir daha türk millətinin ədalətini, mərhəmətini bütün dünyaya göstərdilər. Son qələbə ilə regionda hərtərəfli normallaşma üçün yeni imkan pəncərələri açıldı. Hesab edirəm ki, bu fürsətdən istifadə etmək lazımdır. Biz Ermənistanın bundan sonra ona uzadılmış sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik”.

Geri dön