Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlandı

Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlandı


UEFA 2025-ci, 2026-cı, 2027-ci illərdə yeniyetmə və gənclər arasında keçiriləcək Avropa çempionatlarının final mərhələlərinə ev sahibliyi edəcək ölkələri açıqlayıb.

Bununla bağlı qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

17 yaşadək qızlar arasında Avropa çempionatı 2026-cı ildə Şimali İrlandiyada, bir il sonra Finlandiyada təşkil olunacaq.

Eyni yaş kateqoriyasına aid oğlanlar arasında qitə birinciliyinə isə 2025-ci ildə Albaniya, 2026-cı ildə Estoniya, 2027-ci ildə isə Latviya ev sahibliyi edəcək.

19 yaşadək qızlar arasında Avropa çempionatının final mərhələsi 2026-cı ildə Bosniya və Herseqovinada, 2027-ci ildə Macarıstanda keçiriləcək.

Bu yaş kateqoriyası üzrə oğlanlar arasında qitə çempionatı isə 2026-cı ildə Uelsdə, 2027-ci ildə İsraildə olacaq.

Geri dön