Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda 21-ci Kosmik Nəsil Konqresinin açılış mərasimi olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bakıda 21-ci Kosmik Nəsil Konqresinin açılış mərasimi olub

Bakıda 21-ci Kosmik Nəsil Konqresinin açılış mərasimi olub


Sentyabrın 28-də Bakıda Azərbaycan Kosmik Agentliyinin ("Azərksomos") və Kosmik Nəsil Məşvərət Şurasının, Avropa Kosmik Siyasəti İnstitutunun təşkilatçılığı ilə 21-ci Kosmik Nəsil Konqresinin (KNK) açılış mərasimi keçirilib.

Tədbirə dünyanın 50 ölkəsindən 150-dən çox iştirakçı qatılıb.

Tədbirin açılışında çıxış edən Kosmik Nəsil Məşvərət Şurasının İcraçı direktoru Valentina Luçetti bildirib ki, Konqres Şuranın dünyanın yeni nəsil kosmik sənaye mütəxəssisləri üçün katalizator rolunu vurğulamaq məqsədi daşıyır.

“Bəşəriyyəti ruhlandırmaq, birləşdirmək və dəstəkləmək üçün kosmik icma yaratmaq” mövzusu ilə biz kosmosun Yer üzündə tərəqqinin və innovasiyanın stimullaşdırılmasında oynadığı əsas rolu vurğulamağa və qlobal problemlərin həllində, beynəlxalq əməkdaşlığın gücləndirilməsində, bütün dünyada sosial-iqtisadi inkişafın təşviqində kosmik texnologiyaların böyük potensialını nümayiş etdirməyə çalışırıq”, - deyən İcraçı direktor Kosmik Nəsil Konqresinin tələbələri və gənc mütəxəssisləri müxtəlif mədəniyyətlər, iş təcrübələri ilə birləşdirmək, ünsiyyət, əməkdaşlıq və fikirlərini bölüşmək üçün bir platforma rolunu oynamağa xidmət etdiyini bildirib.

O deyib: “Kosmik sektorun təkamülü haqqında düşünərkən aydın olur ki, uzun müddətdir mövcud olan kosmik agentliklər dərin tarixi və mədəni əhəmiyyətə malik olan öz ölkələrinin kosmik təşəbbüslərinə rəhbərlik etməkdə danılmaz rol oynayıblar. Bununla yanaşı, özəl sektorun kosmik fəaliyyətlərdə artan iştirakı və kosmonavtika ilə məşğul olan yeni ölkələrin meydana çıxması ilə kosmik sektor hazırda yaxın onilliklər ərzində qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə işləməli olan müxtəlif iştirakçıların geniş və mürəkkəb ekosisteminə çevrilir”.

Geri dön