Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib

Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib


Daşkənddə anbarlardan birində partlayış və yanğın baş verib.

Bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Daşkəndin Sergeli rayonundakı anbarlardan birində güclü partlayış nəticəsində yanğının baş verib. Hadisə yerinə 16 yanğınsöndürmə və xilasetmə briqadası cəlb olunub.

Yanğın nəticəsində xəsarət alanlar və ya ölənlər barədə məlumat yoxdur.

Geri dön