Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Fənərbağça” Türkiyə Superliqasında qələbə seriyasını darmadağınla davam etdirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Fənərbağça” Türkiyə Superliqasında qələbə seriyasını darmadağınla davam etdirib

“Fənərbağça” Türkiyə Superliqasında qələbə seriyasını darmadağınla davam etdirib


Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.

Çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”u sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.

Bu matçla eyni vaxtda başlayan “Karagümrük” – “Kasımpaşa” görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Geri dön