Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib

Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib


Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

"İraqın şimalındakı Metine, Hakurk, Qəndil və Qara bölgələrində terrorçulara qarşı hava əməliyyatı keçirilib. Terrorçuların istifadə etdiyi mağara, bunker, sığınacaq və anbarlardan ibarət cəmi 20 hədəf məhv edilib. Türkiyə ordusu terrorçulara qarşı qətiyyətli mübarizəsini davam etdirir", - deyə nazirlikdən bildirilib.

Geri dön