Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA


Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələlərin işlənilməsi nəzərdə tutulub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də, xəstəxanada yatış zamanı istifadə edilən dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.
"Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır. Lakin ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.

Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələlərin işlənilməsi nəzərdə tutulub", - deyə əlavə edilib.

Geri dön