Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk ordusu şimali İraqda 10-dan çox hədəf məhv edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türk ordusu şimali İraqda 10-dan çox hədəf məhv edib

Türk ordusu şimali İraqda 10-dan çox hədəf məhv edib


Türk ordusu şimali İraqda 10-dan çox hədəf məhv edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik İraqın şimalında Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatında 16 terrorçu hədəfin məhv edildiyini, çoxlu sayda terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

"Terrorçu yuvalarına atəş açmağa davam edirik. Terrorla mübarizə bir nəfər də olsun terrorçu qalmayana qədər qətiyyət və əzmlə davam edəcək" - deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunub ki, əməliyyat zamanı günahsız mülki şəxslərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün hər cür tədbir görülüb.

Geri dön