Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Putin prezident seçkilərinə namizəd olacaq?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Putin prezident seçkilərinə namizəd olacaq?

Putin prezident seçkilərinə namizəd olacaq?


Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd ola bilər.

Bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Nəşr prezident administrasiyasına yaxın olan mənbələrə istinadən yazıb ki, rəsmilər Putindən noyabrda keçiriləcək konfransda martda baş tutacaq prezident seçkilərində iştirak edəcəyini açıqlamasını gözləyirlər.

Məsələ ilə bağlı Kreml şərh verməyib.

1999-cu ilin son günündə prezident səlahiyyətlərini Boris Yeltsindən təhvil alan Putin, İosif Stalin dövründən bəri bütün Rusiya monarxlarından daha uzun müddət prezident olub, hətta Leonid Brejnevin 18 illik hakimiyyətini də keçib.

Qeyd edək ki, oktyabrın 7-də Putinin 71 yaşı tamam olacaq.

Geri dön