Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclisdə bir oxunuşda baxılacaq qanun layihələrinin sayı artırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Milli Məclisdə bir oxunuşda baxılacaq qanun layihələrinin sayı artırılır

Milli Məclisdə bir oxunuşda baxılacaq qanun layihələrinin sayı artırılır


Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri barədə qanun layihələrinə bir oxunuşda baxılacaq.

Bu, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin oktyabrın 6-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklik “Normativ hüquqi aktlar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Geri dön