Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan səfiri etimadnaməsini Türkmənistan Prezidentinə təqdim edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Azərbaycan səfiri etimadnaməsini Türkmənistan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Türkmənistan Prezidentinə təqdim edib


Azərbaycanın Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov etimadnaməsini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təqdim edib.
Bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyi məlumat yayıb.
Qəbul zamanı Prezident Sərdar Berdiməhəmmədov yeni təyinatı ilə bağlı səfir Qismət Gözəlovu təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Qismət Gözəov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırıb. Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib və Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan Respublikası və Türkmənistan arasında mövcud olan strateji münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, ikitərəfli qardaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivləri vurğulanıb. Siyasi, iqtisadi-ticari, nəqliyyat, energetika, mədəni-humanitar sahələrdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Səfir Qismət Gözəlov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli dialoqun əhəmiyyəti vurğulanıb, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Geri dön