Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, oktyabrın 9-u günün ikinci yarısından 11-i axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Geri dön