Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bugün Şuşada İƏT XİN rəhbərlərinin iclası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Bugün Şuşada İƏT XİN rəhbərlərinin iclası keçiriləcək

Bugün Şuşada İƏT XİN rəhbərlərinin iclası keçiriləcək


Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçiriləcək.

Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) -1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

Quruma üzv olan dövlətlər arasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan mövcuddur.

Geri dön