Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail-Fələstin sülhü üçün intensiv diplomatik təmaslarımızı davam etdiririk
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > İsrail-Fələstin sülhü üçün intensiv diplomatik təmaslarımızı davam etdiririk

İsrail-Fələstin sülhü üçün intensiv diplomatik təmaslarımızı davam etdiririk


İsrail-Fələstin sülhü üçün intensiv diplomatik təmaslarımızı davam etdiririk.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Beynəlxalq ictimaiyyətin fələstinlilərə verdiyi vədlərə əməl etməməsi Yaxın Şərqdəki problemlərin dərinləşməsində ciddi rola malikdir. İnanırıq ki, 1967-ci il sərhədləri daxilində, paytaxtı Qüds olan, müstəqil, suveren, coğrafi bütövlüyü olan Fələstin Dövləti qurulmadan bölgədə sülh olmayacaq” – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, tərəflər tələb edərsə, Türkiyə olaraq hər cür vasitəçiliyə, o cümlədən məhbus mübadiləsinə hazırıq.

“Biz İsraildən Fələstin torpaqlarını bombardmanlarını dayandırmasını və fələstinlilərin İsraildəki mülki yaşayış məntəqələrinə təzyiqlərini dayandırmasını xahiş edirik” – deyə Ərdoğan vurğulayıb.

O bildirib ki, Qəzza əhalisinin ehtiyac duyacağı humanitar yardım materiallarının tədarükü üçün hazırlıq işləri görürük.

Geri dön