Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın futzal millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanın futzal millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək


Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2024-ün elit-raund mərhələsində növbəti oyununu keçirəcək.

Vitali Borisovun baş məşqçi olduğu kollektiv Astanada Qazaxıstan yığmasının qonağı olacaq.

“Jekpe Jek” arenasında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi üç oyundan sonra 3 xalla üçüncü pillədə qərarlaşıb. Doqquz xalı olan Qazaxıstan isə qrup lideridir.

DÇ-2024, Elit-raund

11 oktyabr

18:00. Qazaxıstan – Azərbaycan

Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Morten Engebretsen

Astana, “Jekpe Jek” arenası.

Xal durumu: Qazaxıstan – 9, Rumıniya – 7, Azərbaycan – 3, Niderland – 1.

Geri dön