Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır

İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır


İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın yeraltı tunel şəbəkəsinin hədəfə alındığını açıqlayıb.

Bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus çıxış edib.

Onun sözlərinə görə, HƏMAS 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra illər ərzində yeraltı tunellər qazıb.

Bildirilib ki, yaraqlılar tunellərdən yüklərin daşınması və İsrailə qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə ediblər.

“İsrail Hərbi Hava Qüvvələri Qəzzanın bir çox hissələrinə zərbələr endirirlər. Biz ilk növbədə HƏMAS-ın yuxarı eşelonlarında təmsil olunan komandirlərə və təşkilatın liderlərinə zərbə vururuq”, - əlavə edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Geri dön