Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb

Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində verilən xəbərə görə, oktyabrın 12-i saat 9-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 37 mm, Astarada 27 mm, Göytəpədə 26 mm, Ağsuda 10 mm, Yardımlıda 9 mm, Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.

Qrız, Qusarda qar örtüyünün hündürlüyü 1 sm olub.

Lerik, Qrız, Balakəndə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Bərdə, Şəki, Şirvanda 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s -dək güclənib.

Geri dön