Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın 5 boksçusu Avropa Kubokunun yarımfinalına yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanın 5 boksçusu Avropa Kubokunun yarımfinalına yüksəlib

Azərbaycanın 5 boksçusu Avropa Kubokunun yarımfinalına yüksəlib


Monteneqronun Budva şəhərində boks üzrə Avropa Kuboku 1/4 final mərhələsinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millimizin daha 2 üzvü yarımfinala yüksəlib. Tayfur Əliyev (60 kiloqram) Cuzeppe Kanonikonun (İtaliya) ardınca gücünü Rusiyanı təmsil edən Arşak Tovmasyana da göstərib. Boksçumuz erməni əsilli rəqibini 4:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.

Tayfurun uğurunu qardaşı Sərxan Əliyev (71 kiloqram) də təkrarlayıb. 1/8 finalda Toni Cası (İBAN) mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşündə Miroslav Kapulerlə (İsrail) üz-üzə gəlib. Sərxan döyüşün taleyini ilk raundda həll edərək, görüşü tam üstünlüklə aktivinə yazıb. O, yarımfinalda polşalı Damian Durkajla üz-üzə gələcək. Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, Əliyev qardaşları ilə bərabər Azərbaycan millisinin daha 3 boksçusu final üçün döyüşəcək. Tural Sarıyev (48 kiloqram) yarımfinalda Artiş Soyanla (Rusiya), Malik Həsənov (63,5 kiloqram) Ahmat Ştivi (İsrail) ilə, Mirşərif Kazımzadə (75 kiloqram) Cambulat Bijamovla (Rusiya) qarşılaşacaq.

Geri dön