Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran İsrailə qarşı başqa cəbhələrin açılması imkanını istisna etmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İran İsrailə qarşı başqa cəbhələrin açılması imkanını istisna etmir

İran İsrailə qarşı başqa cəbhələrin açılması imkanını istisna etmir


İsrailə qarşı başqa cəbhələrin açılması hələ də mümkündür.

Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“İsrailin fələstinlilərə qarşı davam edən təcavüz və müharibə cinayətləri, eləcə də Qəzzanın blokadası fonunda İsrailə qarşı başqa cəbhələrin açılması ehtimalı mövcuddur”, - nazir Beyruta səfəri zamanı “Al Mayadeen”-ə verdiyi şərhdə vurğulayıb.

Onun sözlərinə görə, islam dövlətləri “İsrailin törətdiyi cinayətlərə dözməməlidir”. İranlı nazir “mülki əhalinin su və elektrik enerjisindən məhrum edilməsini, həmçinin Qəzzanın yaşayış məntəqələrinin davamlı olaraq bombalanmasını” müharibə cinayəti adlandırıb.

Abdullahian əlavə edib ki, İran “Fələstin müqavimətinə siyasi və informasiya dəstəyi verməyə davam edir”. O vurğulayıb ki, İran və Səudiyyə Ərəbistanı arasında "Fələstinə dəstək üçün ümumi strategiyanın bir hissəsi kimi koordinasiya mövcuddur".

Geri dön