Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin İnkişaf Planı ilə Zəngəzur dəhlizi kimi layihələrin sayı artırılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Türkiyənin İnkişaf Planı ilə Zəngəzur dəhlizi kimi layihələrin sayı artırılacaq

Türkiyənin İnkişaf Planı ilə Zəngəzur dəhlizi kimi layihələrin sayı artırılacaq


Türkiyənin 12-ci İnkişaf Planı ilə Asiyanı Avropa ilə birləşdirəcək layihələr, xüsusilə Zəngəzur dəhlizi, Ovaköy sərhəd məntəqəsi kimi nümunələrin sayı artırılacaq.

Sənaye və enerji obyektləri ilə inteqrasiya olunmuş dəmir yolu və avtomobil yolları şəbəkələri gücləndiriləcək. Beynəlxalq dəniz və quru daşımaları üçün yeni gömrük qapıları və limanlar əlavə olunacaq.

Məlumata əsasən, İnkişaf Planı ilə Türkiyənin enerjidə mərkəzi ölkə olması üçün addımlar atılacaq.

Bundan əlavə, planda əsas mövzulardan biri yaşıl transformasiya və ekosistemdir. Bu baxımdan, 2053 Net Sıfır Emissiya hədəfi, karbonsuzlaşdırma fəaliyyətləri, enerji və resurs səmərəliliyini artıracaq və bərpa olunan enerji mənbələrinə keçidi təşviq edəcək addımlar inkişaf planına daxil ediləcək.

Qeyd edək ki, Türkiyə Prezident İdarəetmə Sisteminin ikinci inkişaf planı olan 12-ci İnkişaf Planı oktyabrın 16-da Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz oktyabrın 17-də Plan və Büdcə Komissiyasında 12-ci İnkişaf Planı haqqında ətraflı təqdimatla çıxış edəcək.

Geri dön