Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan millisi bu gün Avstriya ilə qarşılaşacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan millisi bu gün Avstriya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Avstriya ilə qarşılaşacaq


Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Yığma Bakıda Avstriya seçməsini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Avstriya yığması bugünkü oyunda qalib gəlsə, gələn il Almaniyada keçiriləcək qitə çempionatında iştirak hüququ qazanacaq.

F qrupunun digər qarşılaşmasında Belçika yığması evdə İsveçlə üz-üzə gələcək. “Qırmızı şeytanlar” artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər.

AVRO-2024, seçmə mərhələ

VIII tur

16 oktyabr

20:00. Azərbaycan - Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Xal durumu: Belçika – 16 (6 oyun), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan – 4 (5), Estoniya – 1 (6)

Geri dön