Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Aralıq dənizində hərbi təlimlər keçirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə Aralıq dənizində hərbi təlimlər keçirir

Türkiyə Aralıq dənizində hərbi təlimlər keçirir


Türkiyə Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizinin şərqində faktiki atış təlimləri başlayır.

Türkiyə bununla bağlı oktyabrın 13-də NAVTEX (dəniz bildirişi) elan edib.

Koordinat olaraq Şimali Kipr Türk Cümhuriyyətinin sahillərinə yaxın bölgədə keçiriləcək təlimlərin oktyabrın 16-dan 20-dək davam edəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə bu ay Aralıq dənizində daha bir təlim keçirəcək. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin hər il birgə həyata keçirdiyi “Şəhid Leytenant Caner Gönyeli Axtarış-Xilasetmə Çağırış Təlimi” oktyabrın 23-dən 27-dək davam edəcək.

Geri dön