Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail Qəzzada atəşkəs rejiminin elan olunması xəbərini təkzib etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İsrail Qəzzada atəşkəs rejiminin elan olunması xəbərini təkzib etdi

İsrail Qəzzada atəşkəs rejiminin elan olunması xəbərini təkzib etdi


Qəzzada atəşkəs rejimi yoxdur.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun dəftərxanasının "X" sosial şəbəkəsindəki hesabında məlumat dərc olunub.

"Hazırda Qəzzada atəşkəs rejimi və xarici vətəndaşların təxliyə olunmasına imkan yaradılması üçün humanitar barışıq rejimi mövcud deyi", - məlumatda deyilir.

Qeyd edək ki, bir qədər əvvəl “Əl Ərəbiyyə” telekanalı Qəzzada atəşkəs rejiminin tətbiq olunduğu barədə məlumat yaymışdı.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Geri dön