Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polşanın hakim partiyası parlament seçkilərində liderlik edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Polşanın hakim partiyası parlament seçkilərində liderlik edir

Polşanın hakim partiyası parlament seçkilərində liderlik edir


Polşada keçirilən parlament seçkilərində hakim "Qanun və Ədalət" partiyası 36,8 faiz səs toplayıb.

Bu barədə Polşa KİV-ləri exit-poll nəticələrinə istinadən bildirib.

Bildirilib ki, "Ipsos" beynəlxalq araşdırma şirkətinin sorğusuna əsasən, müxalif "Vətəndaş Koalisiyası" 31,6% səs toplayıb.

“Polşa 2050” və Polşa Xalq Partiyasının daxil olduğu “Üçüncü Yol” koalisiyası təxminən 13%, "Yeni Sollar" 8,6%, "Azadlıq və Müstəqillik Konfederasiyası" isə 6,2% səs toplayıb.

Qeyd olunub ki, bu cür səs bölgüsü ilə müxalifət digər siyasi qüvvələrin dəstəyini almaqla parlamentdə çoxluq əldə etmək üçün iqtidar koalisiyası yaratmağa cəhd edə bilər.

Geri dön