Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev 18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev 18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Fərəc Quliyev 18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının həmmüəlliflərindən biri və Ali Sovetdə həmin Aktın leyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olan, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) sədri, İstiqlalçı deputat Fərəc Quliyev “18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası Günü” münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə bildirilir:

“Azərbaycan xalqının Sovet imperiyasına qarşı əzmkar mübarizəsinin məntiqi nəticəsi olaraq 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyimiz bərpa olundu. Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir. Müstəqilliyimizin bərpası günü münasibəti ilə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı təbrik edirik.
Bu Böyük günün əhəmiyyətini yeni nəsillərə daim aşılamaq borcumuzdur.Onlar bu dövləti əbədi olaraq müstəqil yaşadacaqlar.
Vətənimizin bir hissəsində qazanılmış bu müstəqilliyin Bütöv Azərbaycanı əhatə edəcəyinə əminliyimizi bildirir, bu müqəddəs yolda xalqımıza daha böyük əzm və iradə arzulayırıq.”

MDHP mətbuat xidməti

Geri dön