Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin anti-Azərbaycan açıqlamasını rədd edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin anti-Azərbaycan açıqlamasını rədd edir

Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin anti-Azərbaycan açıqlamasını rədd edir


Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin 2023-cü il oktyabrın 17-də verdiyi anti-Azərbaycan açıqlamasını rədd edir.
İcmanın yaydığı bəyanatı təqdim edirik.

“Aborigen xalqları məhv etmiş, bu günə qədər də onların hüquqlarını tanımayan, vaxtilə BMT-nin Yerli xalqların hüquqları üzrə bəyannaməsinin əleyhinə səs vermiş nadir dövlətlərdən biri olan, saxta ittihamlarla İraqın işğalında iştirak etmiş Avstraliya Azərbaycana “öyüd-nəsihət” verəcək axırıncı ölkələrdən biri ola bilər.

Bu günlərdə aborigen xalqların konstitusion hüquqlarının tanınmasının əleyhinə səs vermiş bir ölkənin Azərbaycandan “gözləntilər”i, BMT-nin İnsan Hüquqları Şurasında özü düşüncəsində olan ölkələrə qoşularaq Azərbaycana qarşı çıxış etməsi riyakarlıqdan başqa bir şey deyildir. Avstraliya belə zərərli bəyanatlar vermək əvəzinə, aborigenlerlə barışıq istiqamətində real addımlar atmalıdır. Avstraliya ölkələrə və məsələlərə dini və etnik simpatiya əsasında yanaşmağa və səlibçi mentalitinə son qoymalıdır”.


Geri dön