Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan gimnastlarının Avropa çempionatında qazandıqları qızıl medalların sayı 7-yə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan gimnastlarının Avropa çempionatında qazandıqları qızıl medalların sayı 7-yə çatıb

Azərbaycan gimnastlarının Avropa çempionatında qazandıqları qızıl medalların sayı 7-yə çatıb


Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında daha üç qızıl medal qazanıblar.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), eləcə də Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans hərəkətlərində, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bununla da akrobatika gimnastikası üzrə Azərbaycan millisinin qitə çempionatında qazandığı medalların sayı doqquza çatıb. Yığma daha əvvəl 4 qızıl və 2 gümüş mükafat əldə edib.

Geri dön