Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Fənərbağça" Türkiyə çempionatında ardıcıl doqquzuncu qələbəsini qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > "Fənərbağça" Türkiyə çempionatında ardıcıl doqquzuncu qələbəsini qazanıb

"Fənərbağça" Türkiyə çempionatında ardıcıl doqquzuncu qələbəsini qazanıb


Türkiyə Superliqasında IX turun oyunları davam edir.

Bu gün daha dörd oyun keçirilib.

Çempionatın lider komandası "Fənərbağça" öz meydanında "Hatayspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Sebastyan Şimanski, 15-ci dəqiqədə Osayi Samuel, 39-cu dəqiqədə Edin Ceko və 63-cü dəqiqədə İrfan Can Kahveci vurublar. Qonaqlardan isə 55-ci dəqiqədə Fauzi Qulam və 90+4-cü dəqiqədə Rayan Abid fərqləniblər. Hatay təmsilçisinin heyətində meydana start heyətində çıxan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov sonadək əvəzlənmədən oynayıb.

Bu mövsüm Superliqada keçirdiyi 9 oyundan 27 xal toplayan "Fənərbağça" turnir cədvəlinə başçılıq edir. "Hatayspor" 14 xalla altıncıdır.

Geri dön