Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xankəndiyə köçlə bağlı yayılan məlumata "Qaçqınkom"dan REAKSİYA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Xankəndiyə köçlə bağlı yayılan məlumata "Qaçqınkom"dan REAKSİYA

Xankəndiyə köçlə bağlı yayılan məlumata "Qaçqınkom"dan REAKSİYA


Sosial şəbəkələrdə Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülmə ilə bağlı məlumatlar yayılıb.

Məsələyə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən münasibət bildirilib.

"Son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə doğru olmayan məlumatlar yayılıb.

Bununla əlaqədar olaraq bildiririk, Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır.

Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir", - qurumdan bildirilib.

Geri dön