Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT-nin baş katibi: Dünya uçurumun astanasındadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > BMT-nin baş katibi: Dünya uçurumun astanasındadır

BMT-nin baş katibi: Dünya uçurumun astanasındadır


Dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbir görülməlidir.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə X sosial platformasında yazıb.

“Bu gün BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümüdür. Bu kritik saatlarda mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu, daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram”, - deyə baş katib bildirib.

Qeyd edək ki, hər il oktyabrın 24–ü Birləşmiş Millətlər Təşkilatı Günü kimi qeyd olunur. Bu tarix BMT Nizamnaməsinin 1945-ci il oktyabrın 24-də qüvvəyə minməsi ilə əlaqədar Baş Assambleya tərəfindən 1947-ci il oktyabrın 31-də təsis olunub.

Geri dön