Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çempionlar Liqası: "Qalatasaray" öz meydanında "Bavariya"ya uduzub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Çempionlar Liqası: "Qalatasaray" öz meydanında "Bavariya"ya uduzub

Çempionlar Liqası: "Qalatasaray" öz meydanında "Bavariya"ya uduzub


UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

A qrupunda mübarizə aparan "Qalatasaray" Türkiyədə Almaniya nəhəngi "Bavariya"nı qəbul edib. "Rams Park" stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 8-ci dəqiqədə Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman açıb. 30-cu dəqiqədə Mauro İkardi penaltidən vurduğu qolla tarazlığı bərpa edib. 73-cü dəqiqədə Harri Keyn ikinci topu İstanbul təmsilçisinin qapısından keçirib. 79-cu dəqiqədə isə Camal Musiala "sarı-qırmızılılar"ı üçüncü dəfə cəzalandıraraq yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 9-a çatdıran "Bavariya" qrupda liderliyini qoruyub. 4 xalı olan "Qalatasaray" isə 2-ci pillədə qalıb. Bu qrupun digər matçında "Mançester Yunayted" İngiltərədə Danimarka "Kopenhagen"i ilə qarşılaşacaq.

D qrupunda isə "İnter" İtaliyada Avstriya "Zaltsburq"unu 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, günün digər oyunları Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri dön