Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Levan Davitaşvili: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Levan Davitaşvili: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

Levan Davitaşvili: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır


Azərbaycan Gürcüstan üçün çox vacib tərəfdaşdır. Biz Azərbaycan ilə əməkdaşlığa böyük önəm veririk.

Bu sözləri açıqlamasında Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili söyləyib.

“Azərbaycan son 20 il ərzində Gürcüstan iqtisadiyyatına 600 milyon dollar həcmində sərmayə qoyub. İnanırıq ki, bu rəqəm daha da artacaq”, - deyə o bildirib.

Nazir deyib ki, ölkələrimiz arasında əlaqələr yalnız ticarət sahəsində deyil. Bizim iqtisadi-ticarətlə yanaşı, enerji, nəqliyyat, logistika və bir çox başqa sahələrdə də səmərəli əməkdaşlığımız inkişaf edir. Eyni zamanda, bizim bir çox ortaq layihələrimiz var.

“Biz hazırda çox vacib olan “flexy” layihəsi üzərində işləyirik. Bu layihə Cənubi Qafqazı Avropa ilə birləşdirən sualtı kabellə bağlıdır. “Yaşıl dəhliz” adlandırılan məsələyə dair mühüm addımlar atılır. Bu layihə ilə “yaşıl enerji”ni Avropa bazarına çatdıracağıq”, - deyə nazir vurğulayıb.

Xətayi Əzizov

Geri dön