Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İcma: Yeganə məqsədimiz azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > İcma: Yeganə məqsədimiz azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdir

İcma: Yeganə məqsədimiz azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdir


Qərbi Azərbaycan İcmasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, bu günlərdə Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir. Bununla Ermənistan həm də söz azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə nə qədər dözümsüz yanaşdığını nümayiş etdirib.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının mövzu ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda həmçinin vurğulanır ki, Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya İcmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir. Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdən ibarətdir.

Geri dön