Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın minifutbol yığması dünya çempionatında mübarizəyə başlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanın minifutbol yığması dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın minifutbol yığması dünya çempionatında mübarizəyə başlayır


Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Yığma G qrupundakı ilk matçında İraq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu qrupun dünən keçirilmiş açılış matçında Misir Küveytə iki cavabsız qolla qalib gəlib – 2:0.

Qeyd edək ki, Azərbaycan millisinin qrupda növbəti oyunu oktyabrın 29-da Misirə qarşı olacaq. Dünya çempionatına noyabrın 4-də yekun vurulacaq.

Geri dön