Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ bölgəsində əldəqayırma partladıcıların hazırlandığı emalatxana aşkar edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qarabağ bölgəsində əldəqayırma partladıcıların hazırlandığı emalatxana aşkar edilib

Qarabağ bölgəsində əldəqayırma partladıcıların hazırlandığı emalatxana aşkar edilib


Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub.

Müdafiə Nazirliyinin mmətbuat xidmətindən bildiriblər ki, emalatxananın içərisində xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləcə də müxtəlif təxribatların törədilməsi məqsədilə kustar üsullarla hazırlanan digər partlayıcı qurğuların olduğu müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif partladıcılardan istifadə ediblər.

Geri dön