Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bayden Suriyaya zərbələr endirməyi əmr edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Bayden Suriyaya zərbələr endirməyi əmr edib

Bayden Suriyaya zərbələr endirməyi əmr edib


Prezident Co Bayden ABŞ hərbi qüvvələrinə qarşı silsilə hücumlara cavab olaraq Suriyadakı İran hədəflərinin olduğu iddia edilən nöqtələrə zərbələr endirilməsini əmr edib.

Bu barədə Pentaqonun saytında məlumat verilib.

Rəsmi Vaşinqton vurulan iki obyektin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğunu bildirib.

Pentaqon rəhbəri Lloyd Ostinin sözlərinə görə, zərbələr Fələstin-İsrail münaqişəsi ilə bağlı deyil.

Əməliyyat özünümüdafiə məqsədi ilə həyata keçirilib və onlara cavab olub.

17 oktyabrdan Suriya və İraqda ABŞ hərbçilərinə qarşı silsilə hücumlar təşkil olunur.

Pentaqon hesab edir ki, İranın dəstəklədiyi təşkilatlar bu hücumlara görə məsuliyyət daşıyır.

Geri dön