Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda TDT-nin yubiley sammiti keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Türk dünyası-Turan > Qazaxıstanda TDT-nin yubiley sammiti keçiriləcək

Qazaxıstanda TDT-nin yubiley sammiti keçiriləcək


Qazaxıstanda Türk Dövlətləri Təşkilatının X yubiley sammiti keçiriləcək.
Bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) X yubiley sammiti keçiriləcək.

Tədbir türk xalqları arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş üzv və müşahidəçi dövlətlərin liderlərinin böyük görüşü olacaq.

Sammitdə TDT-yə üzv dövlətlər - Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan liderləri iştirak edəcək.

Sammitə həmçinin təşkilatadakı müşahidəçi dövlətlərin - Macarıstan və Türkmənistanın liderləri də qatılacaq.

Geri dön