Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İon-Adriatik boru kəməri üzrə şirkətin nə zaman yaradılacağı açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > İon-Adriatik boru kəməri üzrə şirkətin nə zaman yaradılacağı açıqlanıb

İon-Adriatik boru kəməri üzrə şirkətin nə zaman yaradılacağı açıqlanıb


İon-Adriatik boru kəməro (IAP) üzrə şirkətin 2024-cü ilin əvvəlində yaradılacağı gözlənilir.

Bu barədə layihənin iştirakçılarından biri olan "Plinacro" şirkətindən deyiblər.

"Müqavilənin maraqlı tərəfləri arasında birgə şirkətin yaradılması barədə yekun razılaşdırma gedir. Şirkətin gələn ilin əvvəlində yaradılacağı gözlənilir", - deyə şirkətdən bildiriblər.

"Plinacro"dan verilən məlumata görə, Xorvatiyada bütün IAP iştirakçılarının ətraf mühitə təsirləri üzrə tədqiqatlar aparılıb və müsbət nəticələr əldə olunub, təməl layihələr işlənib hazırlanıb və boru kəmərinin yerləşməsinə dair icazələr alınıb.

"Qaz kəmərinin birinci Split-Zaqvozd hissəsinin tikintisinə icazə alınıb, ikinci Zaqvozd - Ploçe hissəsinin tikintisinə icazənin isə yaxın zamanda alınacağı gözlənilir", - şirkətdən deyiblər.

Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz olacaq.

TAP artıq layihənin tərtibatçıları olan "Plinacro" (Xorvatiya), "BH-Gas" (Bosniya və Herseqovina), "GeoplinPlinovodi" (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Geri dön