Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyada 5,6 bal gücündə zəlzələ baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Rusiyada 5,6 bal gücündə zəlzələ baş verib

Rusiyada 5,6 bal gücündə zəlzələ baş verib


Rusiyanın Buryatiya Respublikasında Baykal gölünün sularında zəlzələ baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri Hujir qəsəbəsindən 40 km aralıda yerləşib.

Episentrdə intensivlik 5,6 bal təşkil edib. İrkutsk vilayətinin və Buryatiya Respublikasının yaşayış məntəqələrində 2-3 bal gücündə təkanlar qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.

Geri dön