Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 8 mükafat qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 8 mükafat qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 8 mükafat qazanıblar


Azərbaycan stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirini 8 mükafatla başa vurublar.

Yarışın son günündə Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə 19 yaşadək idmançılar arasında bürünc mükafat qazanıblar.

Rüstəm Hacılı isə təsəlliverici görüşlərdə turnirin xüsusi kubokuna layiq görülüb.

Qeyd edək ki, turnirin ilk günlərində keçirilən digər yaş qrupları üzrə yarışlarda Aylin Əsgərova qızıl, Adil Əhmədzadə və Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc medala sahib çıxıb.

Geri dön