Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bayden Netanyahuya Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Bayden Netanyahuya Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini bildirib

Bayden Netanyahuya Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini bildirib


ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağına humanitar yardımın həcminin və sürətinin artırılmasının vacibliyini bildirib.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, Bayden və Netanyahu Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər, Amerika lideri İsrailin öz vətəndaşlarını qorumaq hüququnu qeyd edib, beynəlxalq humanitar qanunlara riayət etmək və mülki insanları qorumaq zərurətini vurğulayıb.
“Prezident Qəzzanın mülki əhalisinin ehtiyaclarını ödəmək üçün humanitar yardım axınının dərhal və əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir. Bayden və Netanyahu həmçinin girovların, o cümlədən ABŞ vətəndaşlarının tapılması və azad edilməsi səylərini müzakirə ediblər.

Geri dön