Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”a məğlub olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”a məğlub olub

Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”a məğlub olub


Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Son oyun günündə “Qarabağ” “Araz-Naxçıvan”la qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Komandanın digər qolunu isə Elvis Maşike 90+2-ci dəqiqədə vurub.

Ağdam təmsilçisinin yeganə qoluna Olavio Juninyo 90+7-ci dəqiqədə imza atıb.

Beləliklə, "Araz-Naxçıvan" xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində ikinci sıradakı "köhlən-atlar"a çatıb.

Geri dön