Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan hərbi qulluqçusu Çində keçirilən beynəlxalq tədbirdə mükafatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Azərbaycan hərbi qulluqçusu Çində keçirilən beynəlxalq tədbirdə mükafatlandırılıb

Azərbaycan hərbi qulluqçusu Çində keçirilən beynəlxalq tədbirdə mükafatlandırılıb


Çin Xalq Respublikasında keçirilən "Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq"da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib.

36 ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb.

Geri dön