Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > KİV: Netanyahu İsrail kəşfiyyatına bütün HƏMAS liderlərini öldürməyi tapşırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > KİV: Netanyahu İsrail kəşfiyyatına bütün HƏMAS liderlərini öldürməyi tapşırıb

KİV: Netanyahu İsrail kəşfiyyatına bütün HƏMAS liderlərini öldürməyi tapşırıb


İsrailin Baş naziri Benyamin Netanyahu iki həftə əvvəl İsrail kəşfiyyat xidmətlərinə radikal HƏMAS təşkilatının bütün siyasi və hərbi liderlərini “ovlamağı və öldürməyi” əmr edib.

Bu barədə jurnalist, Pulitser mükafatı laureatı Seymur Herş öz bloqunda mənbələrə istinadən məlumat verib.

“Yaxşı məlumatlı bir israilli mənə dedi ki, iki həftə əvvəl Netanyahu İsrailin xarici kəşfiyyatına və ümumi təhlükəsizlik xidmətlərinə “Yaxın Şərqdə HƏMAS-ın bütün siyasi və hərbi liderlərini ovlamaq və öldürmək” göstərişini verib”, - Herş bildirib.

Jurnalistin danışdığı israilli mənbənin sözlərinə görə, İsrail “Həmasın siyasi və hərbi liderlərinin ailələrini, arvadlarını, uşaqlarını, qardaşlarını, bacılarını, valideynlərini amansızcasına təqib edir”.

Geri dön