Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 2024-cü ildə elmin maliyyələşdirilməsi üçün 228,8 milyon manat nəzərdə tutulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > 2024-cü ildə elmin maliyyələşdirilməsi üçün 228,8 milyon manat nəzərdə tutulub

2024-cü ildə elmin maliyyələşdirilməsi üçün 228,8 milyon manat nəzərdə tutulub


2024-cü il dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 228,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da cari illə müqayisədə 3,5 milyon manat və ya 1,5 faiz çoxdur.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Qeyd olunub ki, 2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,1 faiz- bənd, mütləq ifadədə isə 77,0 milyon manat və ya 1,5 dəfə artıb.

Elm xərclərinin 197,9 milyon manatını və ya 86,5 faizini fundamental elm, 30,8 milyon manatını və ya 13,5 faizini ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar ilə bağlı xərclər təşkil edir.

Fundamental elm xərclərində 53,9 milyon manatı və ya 23,6 faizi Azərbaycan Milli Elmlər Akademiyasının, 86,7 milyon manatı və ya 37,9 faizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, 18,7 milyon manatı və ya 8,2 faizi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, 11,7 milyon manatı və ya 5,1 faizi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, 9,2 milyon manatı və ya 4,0 faizi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, 6,6 milyon manatı və ya 2,9 faizi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, 8,2 milyon manatı və ya 3,6 faizi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, 3,0 milyon manatı və ya 1,3 faizi “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, 30,8 milyon manatı və ya 13,4 faizi isə elm sahəsində digər müəssisə və tədbirlərin payına düşür.

Geri dön